fb-pixel-noscript

Sürücülük imtahanına mobil tətbiqlə hazırlaşın

Yol hərəkəti qaydalarını öyrənin, mövzular üzrə testləri həll edin və video dərslərlə biliklərinizi möhkəmləndirin. Sürücülük İmtahanı tətbiqi ilə hazırlığınızı telefonunuzdan davam etdirin.

Tətbiqi yükləmək pulsuzdur. Ödənişli imkanlar seçdiyiniz paketdən asılıdır; paket tərkibi və qiyməti tətbiqdə göstərilir.

Hazırlıq və sınaq üçündür, rəsmi dövlət imtahanını əvəz etmir.

Tətbiqdə sual və cavab variantları
Sürücülük İmtahanı tətbiqinin əsas ekranı
Tətbiqdə hazırlıq mövzuları
Tətbiqdə sual və cavab variantları
Sürücülük İmtahanı tətbiqinin əsas ekranı
Tətbiqdə hazırlıq mövzuları

Tətbiqlə necə hazırlaşa bilərsiniz?

Mövzunu öyrənin, testlə yoxlayın, çətinlik çəkdiyiniz hissəyə qayıdın.

Video dərslərlə hazırlıq

Video dərslərlə hazırlıq

Qaydaların izahını video dərslərlə öyrənin və mövzuları təkrar edin.
Mövzular üzrə testlər

Mövzular üzrə testlər

Öyrəndiyiniz mövzuya aid testlərlə biliklərinizi yoxlayın.
Test biletləri

Test biletləri

Test biletlərini həll edərək hazırlığınızı məşq edin.

Sürücülük vəsiqəsi imtahanına hazırlıq planınız

  1. 01

    Bir mövzudan başlayın

    Tətbiqdə hazırlıq mövzularına baxın. Seçdiyiniz qaydanı oxuyun və uyğun video dərslə izahını öyrənin.

  2. 02

    Testlə möhkəmləndirin

    Mövzu üzrə sualları həll edin. Səhv cavab verdikdə qaydaya qayıdın və düzgün cavabın səbəbini araşdırın.

  3. 03

    Vaxtlı sınağa keçin

    Hazırlığınızı dypimtahan.az simulyatorunda yoxlayın. Giriş üçün mobil tətbiqdəki hesabınızdan istifadə edin.

Pulsuz yükləmə və tətbiq paketləri

Tətbiqi telefonunuza pulsuz yükləyə bilərsiniz. Standart, Plus və Premium paketlərinin imkanlarını, istifadə müddətini və cari qiymətlərini tətbiqdə müqayisə edin. Ödəniş etməzdən əvvəl seçdiyiniz paketin tərkibini yoxlayın.

Mobil tətbiq paketləri, onlayn kurs və dypimtahan.az sınaq cəhdləri ayrı təkliflərdir. Kursla verilən hədiyyələr kurs səhifəsində göstərilir.

Tətbiqi yüklə və imkanlara bax →

Ən Çox Verilən Suallar

İstifadəçilərimizin Sürücülük İmtahanı tətbiqini istifadə etdiyi zaman ən çox verdiyi suallar

Sürücülük məktəbindən şəhadətnamə sənədi nə üçün lazımdır?
Sürücülük vəsiqəsi imtahanı verə bilmək üçün hər hansı sürücülük məktəbini oxuyub həmin məktəbin şəhadətnaməsini almalısız.
Sürücülük məktəbindən şəhadətnamə sənədi nə qədər müddət keçərlidir?
Dövlət sürücülük məktəbində hazırlanan bu sənəd ömürlük keçərlidir və limitsiz sayda imtahana girə bilərsiz.
A kateqoriyası nədir?
Mühərrik həcmi 50 sm3-dən çox bütün motosiklet və ona bərabər tutulanlar. 1) Motosiklet 2) Trisikl(3 təkərli motosiklet) 3) Yüngül kvadrosikl (4 təkərli motosiklet)
B kateqoriyası nədir?
İcazə verilən max kütlə 3500 kq-dan artıq olmayan, oturacaq sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan nəqliyyat vasitələri. 1) Bütün minik maşınları 2) 8 sərnişinə qədər oturacaqlı minivenlər(vitolar) 3) 3500 kq-a qədər yük maşınları.
C kateqoriyası nədir?
İcazə verilən max kütlə 3500 kq-dan artıq olan yük maşınları.
Standart paket nədir?
Mövzular üzrə testlər, biletlər üzrə testlər, reklamsız istifadə və DYPimtahan.az sistemimizdən 3 ədəd sınaq imtahanı daxildir. İstifadə müddəti 10 gündür və qiyməti 7.99 manatdır. QEYD: Standart paketə limitsiz sınaq imtahanı daxil deyil.
Plus paket nədir?
Mövzular üzrə testlər, biletlər üzrə testlər, reklamsız istifadə, limitsiz sınaq imtahanı və DYPimtahan.az sistemimizdən 5 ədəd sınaq imtahanı daxildir. İstifadə müddəti 30 gündür və qiyməti 17.99 manatdır.
Premium paket nədir?
Mövzular üzrə testlər, biletlər üzrə testlər, reklamsız istifadə, limitsiz sınaq imtahanı və DYPimtahan.az sistemimizdən 10 ədəd sınaq imtahanı daxildir. İstifadə müddəti 90 gündür və qiyməti 37.99 manatdır.
Paketi necə aktiv edə bilərəm?
İstədiyiniz paketi seçərək, bank kartı və ya Google/Apple Pay vasitəsi ilə onlayn ödəniş edib dərhal paketi aktivləşdirə bilərsiniz.
Paketi kart hesabına köçürmə edərək aktiv edə bilərəm?
Bəli, dəstək xidmətinə yazaraq ödəniş edib qəbzi göndərsəniz paktiniz aktiv edilir.
Paketi aldıqdan sonra ödənişi geri qaytara bilərəm?
Təəssüf ki, ödəniş geri qaytarılmır.
Ödəniş etdiyim kartı sistemdən necə silə bilərəm?
Profil səhifəsindən 'Ödəniş üsulları' bölməsinə keçərək kartınızı silə bilərsiniz.
Paketi necə ləğv edə bilərəm?
Paketi əldə etdikdən sonra ləğv etmək mümkün deyil. İstifadə müddəti bitdikdən sonra yeni paket ala bilərsiniz və ya dəstək xidmətinə yazaraq ödəniş edib Plus və ya Premium paket ala bilərsiniz.
Sistemə necə daxil ola bilərəm?
Mobil proqramda qeydiyyatdan keçdikdə təyin etdiyiniz şifrə və nömrəni yazıb sistemə daxil ola bilərsiniz.
Sistemə telefon ilə daxil ola bilərəm?
DYPimtahan.az sayt üzərində olduğu üçün kompüter və ya planşet ilə daxil olmağınız məsləhətdir. DYP Qİİ-də imtahan verərkən kompüter qarşısında olduğunuz üçün bu sistem də sizə imtahana getməmişdən öncə sınaq imtahanı etməyinizə şərait yaradır.
DYPimtahan.az sisteminizdə niyə sınaq imtahanı edim?
Bildiyiniz kimi DYP Qİİ-də keçirilən imtahanın dövlət rüsumi 40 manatdır. İmtahandan kəsilsəniz 2 həftədən sonra 20 manat ödəyərək yenidən imtahan verə bilirsiz. Bizim sistem vasitəsilə imtahana getməmişdən öncə imtahan vərdişi yaradırsız və həyəcansız rahatlıqla real imtahanı keçirsiniz. Buna görə də çoxlu məşqlər etməyəniz məsləhətdir.
İmtahan verdikdən sonra suallara baxa bilərəm?
Bəli, hər bir imtahanınız sistemdə qalır və rahatlıq səhvlərinizə baxa bilər və izahları oxuya bilərsiniz. Sualların şəklin çəkib yaymaq qadağandır.
Balansı necə artıra bilərəm?
Mobil proqramda paket aldıqda balansınıza avtomatik yüklənir. Həmçinin bank kartı vasitəsi ilə ödəniş edərək balans ala bilərsiniz.
© 2026 Sürücülük İmtahanı, bütün hüquqlar qorunur.